XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 07:55

Mehriban Əliyeva yaralılara baş çəkdi

Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyeva yanğında xəsarət alanları ziyarət edib.

Strateq.az Publika.az-a istinadən xəbər verir ki, Mehriban Əliyeva hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdədir. O, mərkəzdə müalicə alan yaralılarla görüşüb, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev də bu gün yaralılara baş çəkib, onların müalicəsi üçün müvafiq tapşırıqlar verib.

Onu da xatırladaq ki, hazırda yanğın baş verən binadan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilənlərdən 12-si müalicəsini davam etdirir. Onlardan 3-ü uşaq, 9-u böyükdür. Hazırda müalicəsini davam etdirənlərin vəziyyəti stabildir. Xatırladaq ki, mayın 19-da baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.