XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2020 - 13:13

BNA:"Sərnişin avtobusundakı yanğında xəsarət alan olmayıb"

Bu gün baş vermiş avtobus yanğınında marşrutun içində yalnız sürücü olub.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, hadisə bu gün səhər 7 radələrində baş verib:

“Bu gün səhər saat 7 radələrində “Çinar-Trans” MMC-yə məxsus 99 JK 763 (Dövlət Qeydiyyat Nişanlı) sərnişin avtobusunda yanğın hadisəsi olub. Hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.

Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb”.