Təhsil naziri Emin Əmrullayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə görüşüb.
Strateq.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinə istinadən məlumat verilib.
Görüşdə Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.