XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 20:58

Bir qrup hərbi qulluqçuya"polkovnik" rütbəsi verildi (FOTO)

herbi_tedbir_180316_01

Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib.

Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri rütbələrə təqdim olunan hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb: "Qarşımızda torpaqlarımızın işğaldan azad olunması vəzifəsi dayanır. Siz də bütün Silahlı Qüvvələrimizin şəxsi heyəti kimi Ali Baş Komandanın və xalqımızın etimadını doğruldaraq bu müqəddəs vəzifənin yerinə yetirilməsinə hazır olmalısınız".

Təltif olunan zabitlər göstərilən etimada görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəxsi heyət rütbələrə təqdim olunmalarının Novruz bayramı ərəfəsinə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə daha da məsuliyyətlə yanaşacaqlarını xüsusi qeyd ediblər.