XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2020 - 13:35

Təhsil Nazirliyi:"Nazir 50-yə yaxın valideyn və müəllimin iştirakı ilə videokonfrans keçirib"

Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib.

Təhsil Nazirliyindən Strateq.az-a verilən məlumata görə, görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən müəllim, şagird və valideynlər 2020-2021-ci tədris ili ilə bağlı öz fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.