Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.
Azərbaycan Milli Antidopinq Agentliyindən Strateq.az-a verilən məlumata görə, Könül Əliyeva diskvalifikasiya olunub.
Cüdoçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində diuretiklər və gizlədici maddələr/ furosemid maddəsi tapılıb. O, bu səbəbdən 12 ay cəzalandırılıb. İdmançının diskvalifikasiya müddəti 2020-ci il fevralın 19-dan hesablanmağa başlanılıb.
Qeyd edək ki, AMADA daha öncə 56 idmançımıza cəza tətbiq edib.