XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2020 - 18:18

Təhsil İnstitutu:"Ənənəvi təhsilə qayıtmağı düşünmürük"

“Ənənəvi təhsildən danışanda heç də əvvəlki ənənəvi təhsilə qayıtmağı düşünmürük”.

Bunu Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev deyib.

Obun sözlərinə görə, nəzərə alınmalıdır ki, qlobal şəkildə pandemiya şəraitindəyik:

Bu vəziyyət hansısa kəndin pandemiyadan sığortalı olduğuna gətirib çıxarmır. Bütün hallarda təklifimiz ondan ibarətdir ki, vəziyyətdən asılı olaraq hibrid təhsil sisteminin, yəni distantla ənənəvi təhsil sisteminin qarışıq növlərinə yanaşaq”.

A. Nağıyev deyib ki, səsləndirilənlər yalnız təklifdir. Direktor əvəzinin sözlərinə görə, yekun qərar Nazirlər Kabineti yanında Operativ Qəraragahın qərarlarına əsasən veriləcək:

“Biz sadəcə düşünürük ki, indiki şəraitdə ali təhsil sisteminin ənənəvi formada geriyə dönməsi mümkün deyil. Burada çoxlu fakt var. Ən inkişaf etmiş ölkələrdə belə, məsələn, ABŞ-da ali təhsilin hətta bütün il üçün məsafədən təşkil olunacağını elan ediblər”/APA.