Ermənistanda son sutkada daha 276 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
“Sputnik Armenia”nın verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 41 299 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 814 nəfər olub.
Ermənistanda xəstəlikdən sağalanların sayı 34 164 nəfərdir. (apa)