XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

14 Avqust 2020 - 13:59

“Soyad sonluğuna “bəyli”, “xanlı” əlavə etmək qanunsuzdur” –Xidmət rəisi

“Milli Məclisin qərarına əsasən soyad sonluqları “ov”, “yev” olan şəxslər “lı, li, lu, lü”, “zadə”, “oğlu”, “qızı” ilə, yaxud sonluqsuz şəklində dəyişdirə bilərlər”.

Bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, soyad sonluğunun “bəyli”, “xanlı” və s. şəklində dəyişdirilməsi qanunvericiliklə nəzərdə tutulmayıb: “Amma bütün hallarda vətəndaşların bununla bağlı məhkəməyə müraciət etmək hüququ var. Əgər müvafiq qətnamə çıxarılarsa, qeydiyyat şöbəsi tərəfindən icra ediləcək”.