XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

14 Avqust 2020 - 15:06

Nikahın pozulması dinamikasında azalma müşahidə edilir –Ədliyyə Nazirliyi

“Son dövrlərdə nikahın pozulması adi hala çevrilib”.

Bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, nikahın pozulmasında dinamikliyin artması Ədliyyə Nazirliyini də narahat edir: “Bununla bağlı qabaqlayıcı tədbirlərin görülməsinə başlamışıq. Biz beynəlxalq təcrübələrə nəzər salmışıq. Bununla əlaqədar vətəndaş cəmiyyətləri ilə əlaqədar şəkildə psixoloqlara müraciət etmişik. Qeydiyyat şöbələrinə psixoloqlar cəlb etmişik. Qeydiyyat şöbələrinə nikahın pozulması üçün müraciət edən hər bir şəxsə psixoloqla görüşmək təklif olunur. Bundan sonra bəzi vətəndaşlar nikahın pozulmasından imtina ediblər. Bu, tam ödənişsiz həyata keçirilir”.

Onun sözlərinə görə, 2019-cu ildən indiyə qədər 1-ci dəfədir ki, nikahın pozulmasının dinamikasında azalma müşahidə edilir: “2019-cu ildən 1 538 ərizə götürülmüşdüsə, onlardan 1 264 şəxsi psixloqla söhbətə cəlb edilib və 456-sı arasında barışıq əldə olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 1 555 ərizə qəbul olunub, 910 şəxs psixoloqla söhbətə cəlb olunub və 166 arasında barışıq əldə olunub”.