XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

14 Avqust 2020 - 22:24

İqtisadi fəal əhalinin sayı açıqlanıb –Dövlət Statistika Komitəsi

Bu ilin avqustun 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5230,1 min nəfər olub, onlardan 4881,5 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,96% artıb, məşğul əhalinin sayı isə 0,94% azalıb.

Cari il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1695,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 922,1 min nəfər, qeyri-dövlət sektorunda isə 773,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1661,0 min nəfər çalışıb.

2020-ci ilin birinci yarımili ərzində ölkədə 84,8 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 44,6%-i qeyri-dövlət sektorunda açılıb.

Bununla yanaşı, 2020-ci ilin birinci yarımili ərzində ölkədə 5,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanan iş yerlərinin 61,3%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 42,3%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 57,7%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.