XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2020 - 10:22

“Daha 79 İran vətəndaşının ölkəsinə qayıtması təmin olunub” –İran səfiri

Azərbaycandan daha 79 İran vətəndaşı ölkəsinə qayıdıb.  

Bu barədə İranın Azərbaycandakı yeni səfiri Abbas Musəvi İRNA-ya açıqlamasında deyib.

Koronavirus epidemiyası səbəbi ilə sərhədlərin bağlanması nəticəsində Azərbaycanda qalan İran vətəndaşları ölkələrinə qayıtmaları həyata keçirilir. Şənbə günü daha 79 nəfərlik qrup İran-Azərbaycan sərhədini keçərək ölkəsinə gedib. A.Musəvi deyib ki, indiyədək 9 qrup şəklində 1300 nəfər İran vətəndaşı ölkəyə geri qayıdıb.

Qeyd edək ki, İran-Azərbaycan sərhədi mart ayından bağlanıb və iki ölkə arasında hava uçuşları da dayandırılıb. Sərhədlərin bağlanmasına baxmayaraq nəqliyyatın gediş-gəlişi üçün şərait yaradılıb və yük daşımaları davam etdirilir. /APA