XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2020 - 12:04

Gürcüstanda koronavirus:sutka ərzində cəmi 15 nəfər yoluxub

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 yoluxma halı qeydə alınıb. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1336 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 7597 nəfər karantində saxlanılır, 249 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1088 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir. /APA