XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Avqust 2020 - 13:01

FHN Samuxda baş verən ağır qəza ilə bağlı məlumat yayıb –Təfərrüat

Fövqəladə Hallar Nazirliyi Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşması barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.