XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2020 - 19:53

Kürdəmirdə 2 avtomobil toqquşub:xəsarət alanlar var

Kürdəmirdə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Cəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Beləki, “QAZel” markalı avtomobilin sürücüsü 39 yaşlı Fizuli rayon sakini Orucov Siyavuş Telman oğlu həmin yolda hərəkətdə olarkən onunla əks istiqamətdə olan 65 yaşlı Ağsu rayon sakini Ağaverdiyev Təşkilat Ağa oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif növ bədən xəsarətləri alıblar. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.