XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 August 2020 - 22:21

Gürcüstandan daha 119 Azərbaycan vətəndaşı təxliyə olunacaq –Səfirlikdən açıqlama

Sabah Gürcüstandan azərbaycanlıların Azərbaycana növbəti təxliyəsi həyata keçiriləcək.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Təxliyə olunanların 119-u Azərbaycan vətəndaşıdır. Siyahıda  Gürcüstan və Rusiya vətəndaşları olanlar da yer alıb.

Həmin şəxslər bu gün Tbilisidə xüsusi laboratoriyada öz hesablarına koronavirusla bağlı testdən keçiriliblər. Nəticələrin bu günün sonunda məlum olacağı gözlənilir.

COVID-19 aşkarlanmayanlara xüsusi arayış veriləcək və onlar sabah saat 10:00-da avtobuslarla Tbilisidən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan iki minə yaxın azərbaycanlının Azərbaycana çatdırılması təmin olunub.