XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

18 Avqust 2020 - 22:50

“Microsoft” korporasiyası “Internet Explorer 11” brauzerinin dəstəyini dayandırır- Bu tarixdən

“Microsoft” korporasiyası “Internet Explorer 11” brauzerinin dəstəyinin dayandırılması haqqında bəyanat dərc edib.

30 noyabr 2020-ci il tarixində populyar “Microsoft Teams” xidməti “Internet Explorer 11” brauzerini dəstəkləməyi dayandıracaq. 2021-ci il avqustun 17-dən etibarən, həmçinin “Microsoft 365” paketi “IE 11” brauzerini dəstəkləməyəcək.

“Microsoft”un nümayəndələrinin sözlərinə görə, onlayn dəstəyin dayandırılması onu bildirir ki, istifadəçilər bəzi funksiyaların işləməməsi və ya xidmətlərin qeyri-sabit işləməsi kimi hallarla üzləşə bilərlər.

Brauzerin 11-ci versiyası 2013-cü ilin oktyabrında “Windows 8.1” əməliyyat sisteminin çıxarılması ilə birgə təqdim edilib. “Microsoft”un nümayəndələri onlayn dəstəyin dayandırılmasını veb-standartların mühüm dəyişikliyi və daha müasir “Microsoft Edge”yə keçidlə izah ediblər(azərtac).