XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 13:04

Prezident İlham Əliyev və xanımıümumxalq şənliyində

Ilham mehriban

Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Milli geyimli oğlanlar və qızlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim ediblər, dövlət başçısına və xanımına Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb və bayram şənliyində nitq söyləyib. 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər. Onları Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb. Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Dövlət başçısı və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi “Novruz” yarmarkası ilə tanış olublar. Yarmarkada ölkəmizin 10 iqtisadi rayonundan 42 şirkət məhsullarını təqdim edir. 

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Natiq” ritm qrupunun və aşıqların ifalarını dinləyiblər, Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar.

Prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə baxıblar. 

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.