XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

19 Avqust 2020 - 18:06

Tovuz döyüşləri zamanı Moskvada azərbaycanlını təhqir edən erməni məmur işdən çıxarılıb

Tovuz döyüşləri zamanı Moskvada azərbaycanlıya qarşı qanunsuz və alçaldıcı hərəkətə yol verən erməni əsilli məmur işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

Onun sözlərinə görə, həmin məsələ ilə bağlı dərhal Rusiyada fəaliyyət göstərən vəkillər Suriyya Rzayeva və Nəriman Ağasıyevə müraciət olunub. Azərbaycanlı vəkillər tərəfindən təmənnasız qaydada hüquqi müstəvidə aparılan mübarizə ilkin nəticələrini verib: “Əsl peşəkarlar olan, öz həyatlarını risk altına atan dostlarımız tərəfindən dərhal bütün zəruri tədbirlər görülüb. Moskva Vilayəti Mıtişi şəhər dairəsi Administrasiyasında şöbə müdiri vəzifəsində çalışan erməni məmur Roman Radikoviç Şaqinyan məmura yaraşmayan qanunsuz hərəkətlərinə görə cəzalandırılıb və işdən azad olunub”.

A.Bağırovun sözlərinə görə, hazırda qarşıda duran vəzifə Şaqinyanın cinayət məsuliyyətinə cəlb olunmasıdır: “Artıq bunun üçün də dəyərli vətənpərvər vəkillərimiz tərəfindən bütün zəruri müraciətlər edilib”.

Qeyd edək ki, Tovuz döyüşləri zamanı Moskvada azərbaycanlılarla ermənilər arasında baş verən toqquşmalar fonunda Moskva şəhərində meyvə-tərəvəz satan azərbaycanlıya qarşı R. Şaqinyan tərəfindən xuliqanlıq edilmişdi. R. Şaqinyan həmyerlimizi söyərək təhqir etmiş, ona fiziki güc tətbiq etmişdi. Bunu əks etdirən video sosial şəbəkələrdə yayıldıqdan sonra hadisəni törədən R. Şaqinyan növbəti gün həmin soydaşımızın yanına gedərək ondan üzr istəmişdi.