XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 August 2020 - 23:00

QHT pandemiya dövründə əhaliyə yardım edib –FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinin qalibi olmuş “Kooperasiyanin İnkişafina Dəstək” İctimai Birliyi  Şuranın təşəbbüsü ilə başlanan pandemiya dövründə əhaliyə maddi və mənəvi dəstək olmaq  kompaniyasına qoşularaq orjinal bir təkliflə çıxış etmişdir.

Təşkilat onun üçün ayrılmış vəsaitlərdən Oğuz rayonunda yaşayan aztəminatlı və həssas qruplara aid olan kənd əhalisinə dəstək məqsədi ilə məhsuldar,damazlıq toyuqlar alaraq ehtiyacı olan ailələrə paylamışdır. Eyni zamanda həmin toyuqların bir neçə ay yemlənməsi üçün lazım olan yem də alınaraq kəndlilərə paylanmışdır. Xüsusi seçilmiş sağlam, vaksin olunmuş toyuqlar alınaraq 15 ehtiyacı olan, çoxuşaqlı ailəyə paylanmışdır. Bu toyuqların kəndlilərə verilməsi onların yumurtaya olan ehtiyacını və toyuqların çoxalmasını təmin edəcəkdir.

iqtisad  elmləri doktoru, “Kooperasiyanin İnkişafina Dəstək” İctimai Birliyinin sədri Həsən İsrafilov bu tədbirin Kənd əhalisinə “koronovirus pandemiyası şəraitində” yardım  layihəsi çərçivəsində həyata keçirdiyini bildirmişdir. H.İsrafilov şəxsən özü yardım alan ailələrdə olmuş əhali ilə koronovirus infeksiyasına qarşı təhlükəsizlik tədbirlərinə əməl edərək görüşlər keçirmiş, onlara dövlətimizin əhaliyə göstərdiyi qayğıdan danışmışdır.

Kəndlilər Azərbaycan dövlətinə, QHT Şurasına, İctimai Birliyin üzvlərinə təşəkkür etmişlər. Tədbirdən video çarx hazırlanmışdır.

Təşlikat verilən toyuqlardan səmərəli istifadə edilməsi ilə bağlı monitorinqlər keçirməyi də nəzərdə tutur.