XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 Avqust 2020 - 10:42

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir- DİM

Bu gün cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir.

İmtahanlar Nəsimi, Səbail, Nizami, Yasamal, Xətai, Xəzər, Sumqayıt (Sumqayıt, Xızı), Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan), Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz). Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd), Göyçay (Göyçay, İsmayıllı, Ucar), Lənkəran (Lənkəran, Astara, Lerik), Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna)), Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli), Şəki (Şəki, Oğuz, Qəbələ), Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən) imtahan mərkəzlərində keçirilir.

İmtahanlar saat 11:00-da başlanır. İmtahanlarda 20100 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər – binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.