XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 Avqust 2020 - 18:47

Kəramət Böyükçöl müalicəyə başlayıb:"Dəhşət yorğunam, elə bil canımda əbədi bir yuxu var"

Bir neçə gün əvvəl polis tərəfindən saxlanılan və səhəri azad olunan Kəramət Böyükçöl müalicəyə başlayıb.

Strateq.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

Kəramət haqqında yazan, zəng edən, maraqlanan hər kəsə minnətdarlıq edib: “Var olun. Jurnalist dostlara da demək istəyirəm ki, indi müsahibə və yaxud hansısa mövzuda açıqlama verəcək halda deyiləm, ona görə də nömrəmi bağlamışam, üzürlü sayın. Müalicə olunum qurtarım, sonra danışarıq. Özünü necə hiss edirsən soruşanlara deyim ki, dəhşət yorğunam, elə bil canımda əbədi bir yuxu var. Nəyəsə ehtiyacın varmı soruşanlara isə bildirim ki, heç nəyə ehtiyac yoxdur”.