İtaliyanın “Torino” komandasının 2 futbolçusu koronavirusa yoluxub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, oyunçulardan götürülmüş analizlərin nəticəsi müsbət çıxıb. Adları açıqlanmayan futbolçular karantinə alınıblar.
Qeyd edək ki, daha əvvəl “Napoli”, “Kalyari” və “Breşiya” klublarında virus aşkarlanıb/Report.