XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 15:06

İstanbuldakı partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarınınolub-olmaması araşdırılır

istanbul

Azərbaycanın Türkiyədəki diplomatik missiyaları İstanbulda baş vermiş partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır.

Bunu Trend-ə Azərbaycanın Türkiyədəki diplomatik missiyalarından deyiblər.

Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğu İstanbulda baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə Türkiyənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır.

Qeyd edək ki, bu gün İstanbulun İstiqlal prospektində partlayış olub. Hadisə nəticəsində terrorçu da daxil olmaqla 5 nəfər ölüb, 21 nəfər xəsarət alıb.