XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 10:25

Bakıda polis əməliyyat keçirdi:Maştağada həyətində narkotik becərən şəxs saxlanıldı

Bakıda həyətində narkotik becərən şəxs yaxalanıb.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Daxil olan məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında rayonun Maştağa qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı qəsəbə sakini İmaməli Ağayevin həyətində çəkisi 92,30 qram olan çətənə kolu və 37,188 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.