XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2020 - 10:58

Gürcüstanda koronavirus:yoluxanların sayı 15 nəfər artdı

Gürcüstanda son sutkada koronavirusa 15 yeni yoluxma halı təsdiqlənib, 20 pasiyent sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 385-ə, sağalanların sayı isə 1 128-ə çatıb. Xəstəlikdən 17 nəfər dünyasını dəyişib. 232 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə karantin zonalarında 6 903, tibbi nəzarətdə isə 278 nəfər saxlanılır. (report)