Ermənistanda daha 158 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 42 477-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 842-yə çatıb. İndiyədək 35 693 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 5 689 aktiv koronavirus xəstəsi var. (report)