“İyul ayının 1-dən bugünədək 11 nəfər dərmandan zəhərlənmə ilə Klinik Tibbi Mərkəzə müraciət edib”.
Bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, həmin şəxslərdən 1-i uşaq olub.
Baş toksikoloq qeyd edib ki, bu dövrdə müraciət edənlərdən 7 nəfərdə dərmanların qəbulundan sonra yaranan allergik təsirlər olub.
A.Maqsudovun sözlərinə görə, həmin müddətdə 5 nəfər spirtli içkidən zəhərlənib: “Həmçinin iyulun 1-dən bugünədək 2 nəfər dəm qazından, 3 nəfər isə sirkə turşusundan zəhərlənib. Ölüm halı qeydə alınmayıb”,-deyə A.Maqsudov əlavə edib.