UEFA Çempionlar Liqasında yarımfinal matçlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu ada Almaniyanın “Bavariya” klubunun futbolçusu Serj Qnabri layiq görülüb.
22 yaşlı yarımmüdafiəçi azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşı Robert Levandovski və Fransa PSJ-sindən Neymar ilə Anxel Di Marianı üstələyib.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək Çempionlar Liqasının final matçında PSJ və “Bavariya” üz-üzə gələcək. (report)