XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2020 - 09:54

İranın yeni səfiri Azərbaycan haqda nə deyib? –İlk iş günü

İranın Azərbaycan Respublikasındakı yeni səfiri iki ölkə arasında, xüsusilə iqtisadi əlaqələrin hərtərəfli inkişaf etdiyini vurğulayıb.

Strateq.az “IRIB”-ə istinadla xəbər verir ki, İslam Respublikasının elçisi Seyyid Abbas Musəvi Bakıda ilk iş günü verdiyi açıqlamada ölkələr arasındakı münasibətləri yaxşı, bənzərsiz və müxtəlif ölçülərdə “nümunəvi” adlandırıb və iki ölkənin yüksək vəzifəli şəxslərinin münasibətləri dərinləşdirəcəyinə ümid etdiyini bildirib.

“Əməkdaşlığın milli maraqlar, təhlükəsizlik, firavanlıq, sülh və tərəqqi baxımından genişləndirilməsi vacibdir. Hiss edirik ki, bu sahədə potensial çoxdur və iş üçün yer var”, – deyə səfir bildirib.