XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 20:12

Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı- TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

“Report” xəbər verir ki, hazırda xəstələrin 179-u reanimasiyadadır. 24 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə, 1 748 xəstə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, son sutkada daha 184 nəfər COVID-19-a yoluxub, 160 nəfər sağalıb, daha 3 nəfər isə vəfat edib.

Bununla da ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 35 105 nəfərə, sağalanların sayı 32 842 nəfərə vəfat edənlərin sayı isə 515 nəfərə çatıb.