XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2016 - 19:01

“Qarabağ”dan növbəti qələbə- 2:1

14583958274088136426_1000x669

Bu gün Azərbaycan Premyer Liqasının XXVI turu daha iki görüşlə davam edir.

Azərtac xəbər verir ki, günün və turun mərkəzi görüşü Qəbələdə oynanılıb. Ötən mövsümün mükafatçıları olan “Qələbə” ilə “Qarabağ” üz-üzə gəlib. Qurban Qurbanovun yetirmələri mövsüm ərzində məğlub edə bilmədiyi “Qəbələ”yə səfərdə 2:1 hesabı ilə qalib gələrək turnir cədvəlində liderliyini daha da möhkəmlədib. Bu oyundan sonra komandalar arasında xal fərqi 16-ya çatib.

Matçda bütün qollar baş zərbəsi ilə vurulub. Ağdam təmsilçisi doqquzuncu dəqiqədə Migel Maderanın qolu ilə hesabda irəlı keçib. Səkkiz dəqiqə sonra Sergey Zenyov oyunda tarazlığı bərpa etsə də, “Qarabağ” 72-ci dəqiqədə Mahir Mədətovun vurduğu qolla yenidən irəli çıxıb.

Günün digər matçında “Neftçi” doğma meydanda “Kəpəz”i qəbul edəcək.