XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 21:50

Talaçay və Zaqatala məntəqəsindən sel keçib

Milli Hidrometeorologiya Xidmətinin  avqustun 22-si saat  19:00-a olan məlumatına  əsasən Daşkəsən, Gədəbəy, Zaqatala, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Ağstafa, Balakən, Tovuz, Şəmkir,  Yevlax, Dağkəsəmən (Qazax), Şərur, Göygöl, Xınalıq, Ceyrançöldə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Report”a verilən məlumata görə, Balakən, Zaqatala ərazisinə yağan güclü yağış nəticəsində Balakənçay, Talaçaydan və Zaqatala məntəqəsindən sel keçib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.