XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

19 Mart 2016 - 19:14

İstanbul terrorunda xəsarət alanlar arasındaAzərbaycan vətəndaşları yoxdur

İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bunu Trend-ə Azərbaycanın Türkiyədəki diplomatik missiyalarından deyiblər.

Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğu İstanbulda baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə Türkiyənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır.

Qeyd edək ki, bu gün İstanbulun İstiqlal prospektində partlayış olub. Hadisə nəticəsində terrorçu da daxil olmaqla 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb.