XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

23 Avqust 2020 - 11:06

Türkiyədə sel qurbanlarının sayı 3-ə çatıb:12 nəfər itkin düşüb

Türkiyənin Giresun vilayətində baş verən sel sularından 3 nəfər ölüb.

Bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, sel fəlakətində ölənlərdən biri jandarma işçisidir. Eyni zamanda 5-i jandarma işçisi olmaqla, 12 nəfər də itkin düşüb

Bundan başqa, ümumilikdə 40–dək insanın da həyatının təhlükədə olduğunu bildirən S.Soylu xilasedici heyətin onları xilas etməyə çalışdığını söyləyib.

Qeyd edək ki, avqustun 22-i yerli vaxtla saat 15.00-dan Giresunun Dereli rayonunda  başlayan leysan yağışları nəticəsində Aksu çayı daşıb, sel və sürüşməyə yol aşıb.