XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 19:16

Müdafiə Nazirliyinin rəhbərliyihərbi hospitalda (FOTO)

Martın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə edib.

Hospitalın korpuslarına baş çəkən Müdafiə naziri orada müalicə alan şəxsi heyətlə görüşüb, onların səhhəti ilə maraqlanıb və Novruz bayramı münasibəti ilə təbrik edib.

Ağır xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə general-polkovnik Z.Həsənovun göstərişinə əsasən 10 ədəd ən müasir çoxfunksiyalı çarpayı hərbi hospitalın təminatına verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.