XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2020 - 15:36

Şəmkirdə taksi yük avtomobil ilə toqquşub:xəsarət alanlar var

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir rayon sakini, 1963-cü il təvəllüdlü Davud Orucovun idarə etdiyi “VAZ” markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində 5 nəfər – sürücü və avtomobildə olan sərnişinlər, Şəmkir rayon sakini, 1994-cü il Rəhimov İlkin İlham oğlu, 2008-ci il təvəllüdlü Quliyev Tapdıq Samir oğlu və daha 2 nəfər xəsarət alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralıların ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “VAZ” markalı avtomobil taksi olub. /Report