Oğuz rayonunda S.Vurğun küçəsində güclü yağış sularının təsirindən daş hasar orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşaraq onları yararsız hala salıb.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, nəticədə 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Qaz təchizatının bərba edilməsi istiqamətində iş aparılır. /APA