XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2020 - 11:10

Ermənistanda koronavirus:ölənlərin sayı 854-ə yüksəldi

Ermənistanda daha 33 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 42 825-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 854-ə çatıb. İndiyədək 36 049 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 666 aktiv koronavirus xəstəsi var. (report)