XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2015 - 12:53

Nazir yanan binanın sakinlərinə vəd verdi: “Bütün zəruri tədbirlər görüləcək”

“Binəqədi rayonu ərazisində yanan binanın sakinlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün zəruri tədbirlər görüləcək”.

Strateq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Dövlət Komissiyasının üzvü Səlim Müslümov deyib.

O bildirib ki, yanğın zamanı zərərçəkənlərin sosial müdafiəsinin təmin olunması barədə ölkə prezidenti tərəfindən müvafiq tapşırıqlar verilib. Yanan binanın dayanıqlığı yoxlanılacaq, əgər bina yanğından sonra dayanıqlı vəziyyətdədirsə, onda o binanın dövlət hesabına hökumət tərəfindən təcili təmir olunması, eləcə də bütün mənzillərin müvafiq avadanlıqla, yəni mebellərlə, digər əşyalarla təmin olunaraq həmin ailələrə təqdim olunması həyata keçiriləcək. Bu barədə dövlət başçısı tərəfindən tapşırıq verilib.

S.Müslümov Komissiya tərəfindən yanğın zamanı zərərçəkənlərin sayının dəqiqləşdirilməsi işlərinin də aparıldığını bildirib: “Komissiya tərəfindən bu günün sonuna kimi bu məlumatlar hazırlanacaq. çünki müəyyən şəxslər var ki, hələ xəstəxanalardadır. Bir çox şəxslər isə artıq müvafiq tibbi xidmət alaraq ailələrinin yanına dönüblər, bir sıra sakinlər isə qohumlarının yanındadırlar. Bunlar araşdırılacaq və zərərçəkənlərin sayı bu günün sonuna qədər dəqiqləşdiriləcək.”

Xatırladaq ki, Səlim Müslümov bu gün Bakı şəhəri Binəqədi rayonu ərazisində yanan binanın sakinlərinin müvəqqəti yerləşdiyi Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatındakı şəraitlə tanış olub.