XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 09:54

Müəllim olmaq istəyən 3506 nəfər bu gün imtahan verəcək –Detallar

Bu gün Azərbaycan dili və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçiriləcək.

Strateq.az “Report”a istinadla xəbər verir ki, imtahanlarda 3 506 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.