XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2016 - 00:17

İstanbulda terror törədənin İŞİD-çi olması ehtimalı var

istiklal-patlama-371

 

Türkiyə polisi İstanbulda partlayış törətməkdə şübhəli bilinən kamikadze-terrorçunun İŞİD terror qruplaşmasının üzvü olduğunu ehtimal edir

Bunu “Doğan” xəbər agentliyinə polisdəki mənbə bildirib.        

Məlumata görə, 33 yaşlı Savaş Y. bundan əvvəl  2015-ci ilin mayında Xalqların Demokratiya Partiyasının (HDP) Mersin və Adanadakı ofislərinə terror hücumları törətməkdə şübhəli bilinib. Partlayışlar nəticəsində 3 nəfər yaralanıb,  terror aktlarının təşkilatçısı Savaş Y. isə Suriyayavqaçıb.

Onun  adı, barələrində axtarış elan edilən potensial terroçu-kamikadzelərin siyahısına daxil edilibmiş. Onun atasından götürülən qan nümunəsi DNT analizinin aparılması üçün  Adanadan İstanbula gətirilib. (APA)