XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2020 - 19:40

“Azərbaycan Rusiyadan koronavirus peyvəndi ala bilər” –Ceyhun Bayramov

Azərbaycan koronavirusa qarşı Rusiya istehsalı olan peyvəndi almaq imkanını nəzərdən keçirməyə hazırdır.

Bu barədə Azərbaycan Xarici İşlər nazir Ceyhun Bayramov TASS-a müsahibəsində deyib.

“Peyvənd almaqda maraqlı olduğumuzdan “Sputnik V” peyvəndinin ilk növbədə ÜST tərəfindən tanınması üçün lazımi prosedurlar tamamlanan kimi bu sahədə rusiyalı həmkarlarımızın əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik”, – deyə nazir bildirib.

XİN başçısı qeyd edib ki, Azərbaycan ÜST-ün üzvü kimi koronavirusla bağlı tövsiyə və müalicə metodlarına əməl edir/APA.