XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 22:29

UEFA Super Kuboku:"Sevilya" - "Bavariya" oyununa azarkeşlər buraxılacaq

UEFA Superkubokunda “Sevilya” və “Bavariya” arasında keçiriləcək matçda stadiona azarkeşlər buraxılacaq.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, stadionun 30 faizini dolduracaq qədər azarkeş tribunalarda yer alacaq.

Qeyd edək ki, koronavirus səbəbindən bir çox ölkədə matçlar azarkeşsiz keçirilir.

Əlavə edək ki, UEFA Superkubokunun görüşü sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.