XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

20 Mart 2016 - 09:15

“Neftçi” Bakıda “Kəpəz”əməğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun görüşləri davam edir.

Azərtac xəbər verir ki, günün son görüşü “Bakcell Arena”da oynanılıb. “Neftçi” Gəncənin “Kəpəz” komandası ilə qarşılaşıb. 30-cu dəqiqədə Bəxtiyar Soltanov qonaqların ilk qolunun müəllifi olub. Üç dəqiqə sonra Tural Axundov penaltini dəqiq yerinə yetirib. İkinci hissəyə fəal başlayan meydan sahibləri 60-cı dəqiqədə Araz Abdullayevin, 81-ci dəqiqədə isə penaltidən Ruslan Qurbanovun vurduğu qollarla hesabı bərabərləşdirib. Lakin əsas vaxtın bitməsinə bir dəqiqə qalmiş Şəhriyar Rəhimovun qolu ilə hesabda önə çıxan “Kəpəz” oyunu qələbə ilə başa vurub – 3:2.

Beləliklə, xalını 42-yə çatdıran Şahin Diniyevin komandası turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Neftçi” isə 32 xalla yeddinci pillədə qalıb.

Sabah tura “Xəzər Lənkəran” – “İnter” və “Zirə” – AZAL görüşləri ilə yekun vurulacaq.