XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 17:14

“Azərbaycanda rus dilinə qayğını yüksək qiymətləndiririk”- Lavrov

“Danışıqlarda ikitərəfli münasibətlərimizə baxdıq, regional və beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi apardıq. Yüksək səviyyədə əldə olunan razılıqların həyata keçirilməsindən məmnunluğumuzu bildirdik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Lavrov qeyd edib ki, iki ölkə arasında iqtisadiyyat, humanitar sahədə əlaqələr inkişaf edir.

“Rusiya və Azərbaycanın parlamentləri səviyyəsində təmaslar mövcuddur. Rusiya Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşlarından biridir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3 mlrd. dolları ötüb. Koronavirus pandemiyası olmasına baxmayaraq, 2020-ci ilin ilk aylarında ticarət dövriyyəsi azalmayıb, əksinə artım qeydə alınıb. İkitərəfli münasibətlərin dərinləşməsinə regionlararası, sərhədyanı mübadilələr öz töhfəsini verməkdədir”, – deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiyanın onlarla regionu Azərbaycanla əməkdaşlıq edir: “Azərbaycanla Rusiya arasında keçirilən regionlararası forum yaxşı ənənəyə çevrilib. Növbəti Azərbaycan-Rusiya regionlararası forumu bu ilin sonunda Azərbaycanda keçiriləcək.

İki ölkənin xalqları arasında inamın möhkəmlənməsində və qarşılıqlı anlaşmada humanitar, mədəni əlaqələr mühüm rol oynayır. Ötən il Azərbaycanda Rusiya mədəniyyət günləri keçirildi. Bu il isə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətdən asılı olaraq, Rusiyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi tarixini müəyyən edəcəyik. Əlbəttə ki, Azərbaycan xalqının və rəhbərliyinin rus dilinə qayğısını yüksək qiymətləndiririk”.