XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 17:53

Mixail Qusman Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib- Mətn

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu yazıb.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

“Çox hörmətli Mehriban Arif qızı,

Doğum gününüz münasibətilə Rusiyanın TASS informasiya agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizin səmərəli fəaliyyətiniz, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər həyat sahələrinin inkişafına qiymətli töhfəniz Azərbaycan Respublikasının firavanlığını ilbəil artırır. Sizin enerjiniz və məqsədyönlülüyünüz sayəsində Azərbaycan xalqının mədəni irsi bütün dünyaya məlumdur, Azərbaycan ilə Rusiya arasında dostluq və qarşılıqlı anlaşma isə möhkəm və etibarlıdır.

Bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən tükənməz enerji, nikbinlik, uğurlar, xoşbəxtlik və firavanlıq arzu edirəm. Qoy, bütün arzularınız həyata keçsin, bütün təşəbbüsləriniz uğurlu olsun. Azərbaycan xalqına sülh və xoş günlər diləyirəm!”