XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 19:33

Prezident İlham Əliyev Moldova Prezidentini təbrik edib- Müstəqillik günü münasibəti ilə

Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodonu bu ölkənin müstəqillik günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident.

Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bizim ölkələrimizi sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, Azərbaycan ilə Moldova arasında bu xeyirxah ənənələrə əsaslanan münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Fürsətdən istifadə edərək bildirirəm ki, koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılmasında Azərbaycan xalqı Moldova xalqı ilə həmrəydir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə tərəqqi və firavanlıq arzu edirəm”.