XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 20:17

AQTA üçün xidməti avtomobillərin say həddi müəyyənləşib

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat və Ərazi və yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi müəyyənləşib.

Belə ki, Agentlik üçün ayrılan xidməti minik avtomobillərinin sayı 22 olur. Avtomobillərin 11-i aparat üzrə, 11-i isə ərazi və yerli bölmələri üzrə verilir.