Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.
Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.
Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.